ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kürdəmirdə minik avtomobil traktorla toqquşub, ölənlər var.
Gununsesi.info xəbər verir ki,hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan “VAZ 2107” markalı avtomobil Traktora çırpılıb. Nəticədə ilkin məlumata görə 3 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları eləcə də FHN-nin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir.Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.