AZ

Azərbaycan hərbçiləri “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir

Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika Respublikası, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

768d38b168255fc3907817cbaef193c8

71043a264c8b9dd8c8a7dafcd8c1c646

ab181a4465e04ff6c4c9eed147d4a029

Seçilən
34
34
poliqon.az

10Mənbələr