AZ

Rusiya Yusif Xəlilovu azad etdi

Azərbaycan prezidenti İlham Əliyevin diplomatik səyləri sayəsində Bakı ilə Moskva arasında “düyünlərin açılması” prosesi davam edir.

Musavat.com xəbər verir ki, Voronejdəki Azərbaycan diasporunun rəhbəri, iş adamı Yusif Xəlilov Rusiyada həbsdən azad edilib.

O, hələ avqust ayında Voronejdə rüşvət ittihamı ilə həbs edilib. Hazırda Xəlilov azadlıqdadır.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Rusiyanın hava hücumundan müdafiə sistemləri Qroznı yaxınlığında Azərbaycanın mülki təyyarəsini vurub. Bu faciə Moskva ilə Bakı arasında münasibətlərdə nəzərəçarpacaq soyuqluğun başlanğıcı oldu. Vladimir Putinin sonradan “emosiyaların böhranı” adlandırdığı bu prosesin bir hissəsi Rusiyadakı Azərbaycan diasporuna təzyiqlər olub.

İndi isə Xəlilov azadlıqdadır. Bu o deməkdir ki, Azərbaycan prezidenti İlham Əliyevin diplomatik səyləri öz bəhrəsini verir.

Musavat.com

Seçilən
90
musavat.com

1Mənbələr