Bakı. Trend:
İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdarartisti, İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan MədəniyyətAssosiasiyasının sədri Mais Nuriyev vəfat edib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, o, Milandakı "Aida" və "Orizon" RəqsAkademiyasının və Milan Konservatoriyasının professoru Mais NuriyevAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi iləsıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıların bir arayagəlməsi, Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətindəmühüm işlər görüb.
Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünyasəhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi,tariximizi, milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdəlayiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onunyorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərəkölkəmizin mədəni irisini beynəlxalq aləmdə daha geniş auditoriyayaçatdırıb.
Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuzamalik olub, iki ölkə arasında mədəni körpünün daha damöhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlarqazandırıb.
Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adı alıb, həmçinin"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Diasporfəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.