BAKI, 26 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin qoşunların birləşmiş qrupunun idarəetmə məntəqələrindən birini ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, prezident Baş Qərargah rəisi Valeri Gerasimov və xüsusi hərbi əməliyyatda iştirak edən qoşun qruplarının komandirləri ilə müşavirə keçirib. Komandirlər ali baş komandanı cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumatlandırıblar.
Peskov əlavə edib ki, Putinə Kupensk və Krasnoarmeisk istiqamətləri üzrə ayrıca hesabat təqdim olunub.
Prezidentə cəbhədəki ümumi vəziyyət və əməliyyatların gedişi barədə tam məlumat verildiyi bildirilib.