Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakıgərginliyin çox tez həllini təmin edəcəyini bildirib.
Trend-inməlumatına görə, Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-ŞərqiAsiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirakedən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələredib.
"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlarbaşlayıb. Mən bunun çox tez həll olunacağına əminəm", - deyə TrampPakistan liderlərini "gözəl insanlar" adlandırıb.
Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasındabaş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıqatəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılıb.