AZ

“Real Madrid” “Barselona”nı məğlub etdi

BAKI, 26 oktyabr. TELEQRAF

Bu gün İspaniya La Liqasının X turunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Görüşün 12-ci dəqiqəsində “Real Madrid”in hücumçusu Kilian Mbappenin vurduğu qol oyundankənar vəziyyət səbəbindən sayılmayıb. On dəqiqə sonra fransalı futbolçu təkbətək epizodda fərqlənərək “Real”ı önə keçirib. “Barselona” 38-ci dəqiqədə Fermin Lopesin qolu ilə hesabı bərabərləşdirib. 43-cü dəqiqədə isə Cud Bellinqhem madridlilərin üstünlüyünü bərpa edib.

Qeyd edək ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda La Liqada 10 turdan sonra 8 qələbə və 1 məğlubiyyətlə 24 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Hansi Flikin komandası isə iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr