Dünən Xəzər rayonu Buzovna qəsəbəsindəki yanğında ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, saat 07 radələrində qəsəbənin Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi evdə baş vermiş hadisədə vəfat edən şəxsin 1979-cu il təvəllüdlü Şahin Tofiq oğlu Məmmədli olması müəyyənləşib.
İlkin ehtimala görə, hadisə elektrik cərəyanının qısaqapanması səbəbindən olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.