AZ

“Bavariya”nın futbolçusu İngiltərə yolunda

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Almaniyanın “Bavariya” klubunun gənc yarımmüdafiəçisi Aleksandar Pavloviç karyerasını İngiltərədə davam etdirə bilər.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

Xəbərdə bildirilir ki, Münhen təmsilçisi Pavloviçin gedişinə yalnız yüksək məbləğ qarşılığında razı ola bilər. Klub rəhbərliyi 21 yaşlı oyunçunun transferi üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, almaniyalı futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
qol.az

2Mənbələr