AZ

Azərbaycanda həyat sığortası bazarı 17% böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortasınövlərinin hesabına 655,437 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 95,3 milyon manat və ya 17%çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə121,6 milyon manat və yaxud 33,5% artaraq 484,664 milyon manataçatıb.

Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edık ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqıtoplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manatvə ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləriödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%çoxdur.

Seçilən
39
3
az.trend.az

4Mənbələr