AZ

“Putin meydan oxumaqdansa, diqqətini müharibəni bitirməyə cəmləsin” – Tramp

ABŞ prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” nüvə raketinin son sınaqları ilə bağlı rusiyalı həmkarı Vladimir Putinin açıqlamasına sərt münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp münasibətini Kuala-Lumpurdan Tokioya uçarkən jurnalistlərə açıqlayıb. Onun jurnalistlərlə söhbəti Ağ Evin rəsmi saytında yayımlanıb.

ABŞ prezidenti deyib ki, ölkəsi Rusiya yaxınlığında nüvə silahına malikdir. “Onlar bizim ən yaxşı nüvə sualtı gəmimizin onların sahillərində olduğunu bilirlər. Yəni ona 8000 mil uçmaq lazım deyil. Və onlar bizimlə oyun oynamırlar. Biz də onlarla oyun oynamırıq”, – Ağ Ev rəhbəri deyib.

Tramp əlavə edib ki, Putin silahla meydan oxumaqdansa, diqqətini müharibəni bitirmək üzərində cəmləməlidir. “Mən hesab edirəm ki, Putinə bu barədə danışmaq lazım deyil. Ona müharibəni bitirmək lazımdır. Bir həftə davam etməli olan müharibə tezliklə dördüncü ilinə çatacaq. Bax o, nə ilə məşğul olmalıdır, raketləri sınaqdan keçirməklə yox”, – ABŞ lideri vurğulayıb.

Xatirə SADİQ

Seçilən
32
11
nocomment.az

10Mənbələr