İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu, müşaviri Necati Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs olunub.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şübhəlilərin dindirilməsi başa çatıb.
Məlum olub ki, İmamoğlu prezidentliyə namizədliyini dəstəkləmək üçün casusluq fəaliyyətində iştirak edib. İmamoğlu və müşaviri Özkan 2019-cu il seçkilərində çoxsaylı seçicilərin sosial media hesablarına və İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) aid korporativ hesablara daxil olmaqla üstünlük əldə etməyə çalışıblar. Həmçinin onlar hərbi və siyasi casusluq təşkilatının lideri Hüseyn Gün ilə əməkdaşlıq edib.

Xüsusilə, İmamoğlunun göstərişləri ilə Özkan bələdiyyələrə məxsus məlumatları “Ostin” internet platformasına ötürüb və Gün vasitəsilə xarici kəşfiyyat orqanlarının dəstəyi ilə lider mövqe qazanmaq üçün təhlil və hesabat əməliyyatları aparıb.