Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əmlaksığortası üzrə sığorta şirkətlərinin yığımları 182,665 milyon manattəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 16,4 milyon manat və ya 9,8% çoxdur.
Eyni zamanda, hesabat dövründə əmlak sığortası üzrə ödənişlərinhəcmi 31,329 milyon manat təşkil edib. Bu isə 2024-cü ilinyanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 7,7 milyonmanat və ya 32,6% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqıtoplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manatvə ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləriödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%çoxdur.