AZ

Misir Qəzzaya axtarış qrupu göndərib

İsrailin hücumları nəticəsində yerlə bir olan Qəzza zolağında dağıntılar arasında itkin düşən əsirlərin cəsədlərini tapmaq üçün aparılan axtarış işləri, Misirin göndərdiyi texnika və avadanlıqlarla yenidən sürət qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, İsraillə HƏMAS arasında qüvvədə olan atəşkəs hələ də davam edir. 

Əsirlərin dəyişdirilməsi prosesinin getdiyi bu atəşkəs dövründə, Qəzza zolağında saxlanılan bəzi əsirlərin İsrail bombardmanı nəticəsində yerlə bir olan bölgələrdə itkin düşdüyü bildirilir.

Hücumlar nəticəsində tamamilə dağılan ərazilərdə itkin düşən əsirlərin axtarışı, lazımi texniki avadanlığın olmaması və İsrailin xarici mütəxəssislərin yardımına icazə verməməsi səbəbilə dayanmışdı.

Lakin bu vəziyyətdə Misir yardım əlini uzadıb. Fələstinli mənbələr Misirə məxsus texnika və avadanlıqların iştirakı ilə dağıntılar arasında axtarış işlərinin davam etdiyini bildiriblər.

Mənbələr qazıntı işlərinin məhz Qəzzanın cənubundakı Xan Yunusun şimalında yerləşən Hamad Qüllələri bölgəsini də əhatə etdiyini qeyd ediblər.

Misirə məxsus ağır texnikanın şənbə axşamı Qəzza zolağına çatdığı məlum olub.Tərəflər arasında 10 oktyabrda qüvvəyə minən atəşkəs razılaşması çərçivəsində 20 sağ əsir və 15 əsirin cəsədi İsrailə təhvil verilmişdi. İsrail isə hələ də 13 əsirin cəsədinin itkin olduğunu iddia edir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vans ötən həftə İsrailə səfəri zamanı verdiyi açıqlamada, əsirlərin cəsədlərinin Qəzzadan çıxarılmasının “bir gecədə baş verə bilməyəcəyini” bildirmişdi:

“Bu əsirlərin bəziləri minlərlə kiloqram dağıntı altında basdırılıb. Bəzilərinin harada olduğu isə heç kimə məlum deyil. Bu, onların tapılmayacağı və ya axtarılmayacağı anlamına gəlmir. Sadəcə bir az səbirli olmağımız lazımdır. Bu, bir qədər vaxt alacaq”.

Seçilən
31
50
cebheinfo.az

10Mənbələr