Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
aia.az xəbər verir ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
aia.az