AZ

Boks üzrə Naxçıvan birinciliyinə start verilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında boks üzrə muxtar respublika birinciliyinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda qaliblər oktyabrın 28-də bəlli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
2
azertag.az

4Mənbələr