AZ

Ombudsmanın illik məruzəsində pulsuz dərmanların verilməsi ilə bağlı irəli sürdüyü təklif nəzərə alınıb

Bakı. Trend:

Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqındaAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) 2024-cü il üzrə illik məruzəsində sağlamlığınqorunması hüququnun effektiv təmin olunması məqsədilə icbari tibbisığortanın təminat verdiyi tibbi xidmətlər zərfiningenişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsindəambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrininsığorta hesabına qarşılanması üçün zəruri tədbirlərin görülməsitəklif edilib.

Trend xəbər verir ki, bu barədə MüdafiəNazirliyi məlumat yayıb.

Bildirilib ki, irəli sürülmüş təklif əsasında AzərbaycanRespublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilətəminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığınvə maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatınıntənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib.

Belə ki, yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə)istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabınatəmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyənedir. Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabınakompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi vəçıxarılması meyarları müəyyənləşdirilib.

Bu yenilik dərman təminatı sisteminin hüquqi və inzibatiəsaslarının formalaşdırılması istiqamətində atılan mühümaddımdır.

Məqalədə:
Seçilən
36
11
az.trend.az

10Mənbələr