AZ

Qəzadan sonra dediklərinə görə üzr istədi Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən gün Zərdabda bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra açıqlama verən “Range Rover”in sahibi üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, sürücü qəzada həlak olan şəxsin yaxınlarına üz tutaraq dediyi ifadələrin səhv anlaşıldığını bildirib:

“Hamının başına gələ bilər. Burada insan həyatı həll olub. Mən istəyərdim ki, kimsə həyatdan köçsün? Valideynlərindən üzr istəyirəm. Hər şey Allaha məxsusdur. O rəhmətlik bilsə belə hadisə olacaq, o da mən də bu yola çıxmazdıq. Mən o səviyyənin yiyəsi deyiləm. Mən elə bilirəm ki, qardaşım, bacım balasıdır. Biz kimdənsə nə artığıq, nə də əksik”.

Xatırladaq ki, ötən gün baş verən ağır qəzadan sonra “VAZ 21099”un sürücüsü Azər Abdullazadə həlak olub.

Hadisədən sonra “Range Rover”in sahibinin müsahibəsi cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
12
qafqazinfo.az

10Mənbələr