AZ

“2028 ci ildə yenidən namizəd olmaq istərdim” Tramp

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin hazırkı dövlət başçısı Donald Tramp 2028-ci ildə keçiriləcək president seçkilərində yenidən namizəd olmaq istəyir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Asiya turu zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən yenidən namizədliyimi irəli sürməkdən məmnun olardım. Hazırkı sorğu nəticələrim əladır”, - deyə D.Tramp bildirib.

ABŞ Konstitusiyasına əsasən iki müddətlə məhdudlaşdırılan prezidentlik müddətinin uzadılması ilə bağlı suala cavabında o bildirib ki, hələ bu məsələni nəzərdən keçirməyib.

ABŞ lideri, həmçinin özündən başqa potensial namizədlərlə bağlı danışarkən Dövlət katibi Marko Rubio və vitse-prezident J.D.Vensin adını çəkib.

Tramp vitse-prezidentliyə namizəd olmaq ehtimalını isə yaxına buraxmadığını söyləyib.

ABŞ prezideni sağlamlığı ilə bağlı məlumat verərək, MRT nəticələrinin mükəmməl olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ-nin hazırkı qanunvericiliyinə əsasən, Konstitusiyaya 22-ci düzəliş prezidentlərə iki müddətdən çox seçilməyə icazə vermir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr