AZ

Güləşçimizdən bürünc medal - DÇ

Serbiyanın Novi-Sad şəhərində güləş üzrə gənclər arasında (U-23) dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) bu gün bürünc medal uğrunda görüşə çıxıb.

O, gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə (13:2) qalib gələrək fəxri kürsüyə qalxıb..

Ali Tsokayev daha əvvəl italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmışdı.

65 kq-da güləşən Ayxan Abdullazadə ukraynalı Mikita Qonçarova 4:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazansa da, son görüşdə qırğızıstanlı Bilal Şərif Uuluya uduzub – 0:10.

Seçilən
19
4
football-plus.az

6Mənbələr