Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Yeraltı təkanları ocağı 5,99 kilometr dərinlikdə yerləşib.
Dağıntı barədə məlumat yoxdur.