AZ

Pokrovsk şəhərində ağır döyüşlər gedir-ZELENSKİ

“Donetsk vilayətinin Pokrovsk şəhəri rus ordusunun əsas hədəfidir. Rusiya ən çox qüvvəsini orada cəmləyib və şəhərdə döyüşlər davam edir”.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində məlumat verib.

Zelenski hərbçilərlə Pokrovsk və qonşu rayonlardakı vəziyyəti müzakirə etdiyini bildirib.

“Pokrovsk işğalçıların hazırda əhəmiyyətli hücum fəaliyyətinə malik olduğu yerdir. Döyüşlər şəhərdə də davam edir” – deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, ordunun bu sahədə əldə etdiyi hər bir nailiyyət bütün Ukraynanın müdafiəsi üçün xeyirdir.

AzPost.az

Seçilən
8
4
azpost.info

7Mənbələr