AZ

Qarabağdakı keçmiş separatçı rejimin sabiq ordu rəhbəri ev dustaqlığına köçürüldü

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistan Antikorrupsiya Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin sabiq "silahlı qüvvələr" komandanı Mikael Arzumanyan barəsində həbs qətimkan tədbirini dəyişib.

Oxu.Az bildirir ki, bu barədə onun vəkili Yerem Sarqsyan sosial şəbəkə hesabında məlumat verib.

Məhkəmə qərarı ilə Arzumanyan həbsdən ev dustaqlığına köçürülüb.

O, 2022-ci il sentyabrın 1-dən həbsdə olub.

Xatırladaq ki, Arzumanyan 44 günlük müharibə zamanı xidməti səhlənkarlıqda ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
oxu.az

2Mənbələr