AZ

Dərmanların yerli istehsalına dair Belarusla əməkdaşlıq müzakirələri yekunlaşma mərhələsindədir

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Day.Az xəbər verir ki, iclasda farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələrin yekunlaşma mərhələsində olduğu bildirilib.

Həmçinin, azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə aqroşəhər layihəsi üzərində işlərin davam etdiyi, Baş planın təsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupun formalaşdırıldığı qeyd olunub.

Seçilən
1
1
day.az

2Mənbələr