Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində qeydə alınıb. İslam İsbəndiyarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.