Lerikdə yeznə-qayın arasında mübahisə yaranıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə Lerik rayonunun Vılık kənd sakini 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov dəqiqləşdirilməmiş kəllədaxili travma, sağ qulağın açıq yarası, sol çiyin qurşağının əzilməsi diaqnozu ilə Lənkəran Rayon MərkəziXəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının deməsinə görə B.İbadov gözətçisi işləyir və gecə saatlarında da növbədə olub. Ona yaxın qohumu hücum çəkib və bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Hazırda həkimlər B.İbadovun vəziyyətini ağır qiymətləndirir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.