“Real” ciddi itki ilə üzləşib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Dani Karvahal sıradan çıxıb.
İspaniyalı müdafiəçi sağ dizindən zədə alıb. Onun əməliyyat olunacağı bildirilib. COPE-nin məlumatına görə, futbolçu 2-3 ay meydana çıxa bilməyəcək.
Karvahal La Liqada 10-cu turda “Barselona” ilə matçda (2:1) zədələnib.
Xatıladaq ki, ötən ilin oktyabrında Karvahal çarpaz bağlarından zədələnmişdi. O, bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı. Sentyabrın sonlarında yenidən zədələən futbolçu 3 həftə oyunlardan kənarda qalmışdı.