AZ

Pakistan hava məkanını bağlayır - Səbəb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın həyata keçirdiyi hərbi manevrlərlə əlaqədar Pakistan öz hava məkanını bağlayıb. 

Pakistan Hindistanın qərbindəki Rajasthan və Qucarat əyalətlərində keçirilən genişmiqyaslı hərbi manevrlər səbəbindən 28 və 29 oktyabr tarixlərində Hindistanla həmsərhəd əyalətlərdəki hava məkanını bağlayacaq. Bu barədə "The Economic Times" qəzeti Pakistanın Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən məlumat verib.

Qadağa yerli və xarici aviaşirkətlərin Pəncab və Sind əyalətlərinin hava məkanındakı uçuş marşrutlarına şamil edilir.

Hürr Tərcüman

 

Seçilən
33
50
hurriyyet.az

10Mənbələr