Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Azərreyl” klubu sabah ilkin mərhələnin növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, komanda Serbiyada “Radniçki” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında baş tutacaq.
Komanda bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” və “AKAA Volley” cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimiz mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün məğlubu olacaq.
Xatırladaq ki, “Azərreyl” Bakıda keçirilən ilk oyunda “Radniçki”yə uduzub - 0:3.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta