Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyə millisinin və "Fənərbağça"nın sabiq üzvü Volkan Dəmirəl məşqçilik karyerasına qayıdıb. 44 yaşlı keçmiş qapıçı "Gənclərbirliyi"ni çalışdıracaq.
Axar.az xəbər verir ki, bunu Superliqa klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı deyib.
O, yeni baş məşqçinin bu gün Ankarada olacağını bildirib.
Volkan bu vəzifədə Hüseyn Eroğlunu əvəz edəcək.
Qeyd edək ki, V.Dəmirəlin son klubu "Bodrum" olub. O, bu ilin fevral ayında Superliqa klubundan istefaya göndərilmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.