AZ

Yaponiyada ayı hücumlarının sayı aprel ayından bu yana 10-a yüksələrək rekord qırıb

Yaponiyada

Yaponiyada aprel ayından bu yana ayı hücumları nəticəsində ölənlərin sayı rekord qıraraq 10-a çatıb.

Xalqcebhesi.az xəbər verir ki, NHK dövlət televiziyasının məlumatına görə, Yaponiyanın Ətraf Mühit Nazirliyi aprel ayından bəri ölkənin kənd və şəhər yerlərində ayı hücumları ilə bağlı açıqlama yayıb.

Akita prefekturasının bir kəndində keçən həftə baş verən hücumda ölənlərin sayının 10-a yüksəldiyi açıqlanıb.

Hərbçilərdən maddi-texniki dəstək istəniləcək.

Kyodo News xəbər verir ki, Akita qubernatoru Kenta Suzuki rekord sayda ölümdən sonra məsələ ilə bağlı açıqlama verib.

Suzuki, ictimaiyyətin hücumlara cavab verməkdən yorulduğunu, işçi qüvvəsinin azaldığını, ovçuların qocaldığını qeyd edərək, bu çərçivədə Yaponiya Özünümüdafiə Qüvvələrindən (SDF) logistik dəstək tələb edəcəyini qeyd edib.

Məryəm Quliyeva

Seçilən
15
10
xalqcebhesi.az

10Mənbələr