
Yaponiyada apreldən bəri ayı hücumları nəticəsində həyatını itirənlərin sayı 10-a yüksələrək rekord səviyyəyə çatıb.
NHK-nın xəbərinə görə, Yaponiya Ətraf Mühit Nazirliyi apreldən bu yana ölkənin kənd və şəhər ərazilərində baş verən ayı hücumları ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Akita ştatına bağlı bir kənddə keçən həftə baş verən hücumla birlikdə ölənlərin sayı 10-a çatıb və bu, rekord göstəricidir.
Kyodo News-un məlumatına görə, Akita qubernatoru Kenta Suzuki də rekord sayda ölüm hadisələri ilə bağlı açıqlama verib.
Suzuki hücumlara müdaxilə zamanı əhalinin yorulduğunu, insan qüvvəsinin azaldığını və ovçuların yaşlandığını vurğulayaraq, bu çərçivədə Yaponiya Özünü Müdafiə Qüvvələrindən (SDF) logistika dəstəyi tələb edəcəyini bildirib.
Qeyd edək ki, Yaponiyada iyundan etibarən xüsusilə ölkənin şimal bölgələrində ayıların turistlərə hücum etdiyi, mağazalara girdiyi, məktəb və park ərazilərində müşahidə olunduğu bildirilib.
Xatırladaq ki, Yaponiya sentyabrın əvvəllərində ayı hücumları səbəbilə vəhşi təbiətin qorunması ilə bağlı qanunlarda dəyişiklik etmişdi. Qanuna əsasən, bələdiyyə rəsmilərinin xüsusi təyin edilmiş ovçulara yaşayış yerlərində qəhvəyi və qara ayılar da daxil olmaqla vəhşi heyvanları vurmaq icazəsi verilə biləcəyi qeyd olunub.