Türkiyə millisinin və "Fənərbağça"nın sabiq üzvü Volkan Demirel məşqçilik karyerasını bərpa etməyə yaxındır.


Rekord.az xəbər verir ki, 44 yaşlı keçmiş qapıçı "Gənclərbirliyi"ni çalışdıracaq.


Bunu Super Liqa klubunun mətbuat xidmətinin rəhbərli Aykut Çakmaklı "Ajansspor"a açıqlamasında deyib. O, yeni baş məşqçinin bu gün Ankarada olacağını bildirib.


Volkan bu vəzifədə Hüseyn Eroğlunu əvəz edəcək. 52 yaşlı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrə görə bu gün istefaya göndərilib.


Volkan Demirelin son klubu "Bodrumspor" olub. O, bu ilin fevral ayında Super Liqa klubundan istefaya göndərilmişdi.