ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Elon Mask süni intellekt əsasında hazırlanmış onlayn ensiklopediya olan "Grokipedia"nı istifadəyə verib.
Bizimyol.info xəbər verir ki, Mask bildirdiyinə görə, layihə ənənəvi "Wikipedia"dan fərqli olaraq onun sağçı baxışlarına daha yaxın olacaq, baxmayaraq ki, bir çox məqalələr hələ də "Wikipedia" məlumatlarına istinad edir.
Musk "Grokipedia"nı “sivilizasiya üçün super vacib” hesab edir. Ənənəvi "Wikipedia" kimi könüllülər tərəfindən yazılmayan bu ensiklopediya, bütün məqalələrini Maskın süni intellekt chatbotu "Grok" vasitəsilə “fakt-yoxlanılmış” kimi təqdim edir.
Layihə ideyası Donald Tramp administrasiyasının süni intellekt və kriptovalyuta üzrə məsləhətçisi David Sacks tərəfindən təklif edilib. Mask əvvəllər "Wikipedia"nı və “əsas media”nı tez-tez tənqid edərək, insanların onun sahibi olduğu "X" sosial şəbəkə platformasına etibar etməsini təşviq edib.
"Grokipedia" məqalələri açıq şəkildə sağçı mövqeləri əks etdirir. Məsələn, 6 yanvar Kapitoliya hücumu barədə yazılan yazılarda “geniş yayılmış səsvermə pozuntuları” ifadəsi yer alır və hadisələrdə Donald Trampın rolu azaldılır.
Bəzi jurnalistlər artıq "Grokipedia"nı "yanlış məlumat yaymaqda" ittiham ediblər.
Qeyd edək ki, Mask Trampın ikinci prezidentliyi dövründə qısa müddət Dövlət Effektivliyi İdarəsi (Doge) başçısı olub və bu vəzifədə kadr və büdcə ixtisarları həyata keçirib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.