Qeyd edək ki, bundan əvvəl İlon Mask Tramp administrasiyasının süni intellekt və kripto üzrə müşaviri, iş adamı Devid Saksın təklifi ilə “Wikipedia”ya rəqib layihə üzərində işlədiyini açıqlamışdı. O, “Vikipediya”nın “The New York Times” və “NPR” kimi mənbələrə intenisv şəkildə istinad etməsini tənqid etmişdi. Məlumata görə, “Vikipediya”dakı məzmun könüllü redaktorlar tərəfindən yaradılıb redaktə edilsə də, “Grokipedia” "Grok" adlı süni intellekt tərəfindən təsdiqlənir. İstifadəçilər birbaşa redaktə edə bilməzlər, lakin yanlış məlumatları müəyyən etmək üçün təkliflər təqdim edə bilərlər. Bəzi “Grokipedia” səhifələrində məzmunun "Vikipediya”dan uyğunlaşdırıldığı qeyd olunur. Lakin İlon Mask “Grok”un “Vikipediya” ilə əlaqəsini dayandırılacağını bəyan edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta