RU

Süni intellektlə işləyən “Grokipedia" təqdim edildi

Texnologiya milyarderi İlon Mask süni intellektlə təchiz edilmiş onlayn ensiklopediya olan “Grokipedia”nı təqdim edib. Metbuat.az xəbər verir ki, məsələ barədə açıqlama verən Mask yeni platformanın bəşəriyyət üçün vacib bir addım olduğunu ifadə edib. O bildirib ki, “Grokipedia” kainatı anlamaq yolunda vacib yenilikdir.

Qeyd edək ki, bundan əvvəl İlon Mask Tramp administrasiyasının süni intellekt və kripto üzrə müşaviri, iş adamı Devid Saksın təklifi ilə “Wikipedia”ya rəqib layihə üzərində işlədiyini açıqlamışdı. O, “Vikipediya”nın “The New York Times” və “NPR” kimi mənbələrə intenisv şəkildə istinad etməsini tənqid etmişdi. Məlumata görə, “Vikipediya”dakı məzmun könüllü redaktorlar tərəfindən yaradılıb redaktə edilsə də, “Grokipedia” "Grok" adlı süni intellekt tərəfindən təsdiqlənir. İstifadəçilər birbaşa redaktə edə bilməzlər, lakin yanlış məlumatları müəyyən etmək üçün təkliflər təqdim edə bilərlər. Bəzi “Grokipedia” səhifələrində məzmunun "Vikipediya”dan uyğunlaşdırıldığı qeyd olunur. Lakin İlon Mask “Grok”un “Vikipediya” ilə əlaqəsini dayandırılacağını bəyan edib.

Избранный
61
12
metbuat.az

10Источники