ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ ordusu ötən Sakit okeanın şərq hissəsində narkotik daşıyan 4 gəmiyə aviazərbələr endirib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” hesabında bildirib.
Onun sözlərinə görə, aviazərbələr nəticəsində 14 narkotacir öldürülüb.
Əməliyyat zamanı ABŞ qüvvələri hər hansı bir itki verməyib.
“Bu narkotacirlər “Əl-Qaidə”dən daha çox amerikalı öldürüb, biz onlarla eyni cür rəftar edəcəyik”, - nazir vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ bir neçə dəfə Karib hövzəsində narkoticarətlə məşğul olan gəmilərə zərbə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.