
Rusiya Dövlət Duması vətəndaşların hərbi xidmətə çağırışı ilə bağlı qanuna dəyişikliyi qəbul edib.
Yeniavaz.com xəbər verir ki, yeni qaydalara görə, vətəndaşların hərbi xidmətə çağırışı artıq il boyu – yanvarın 1-dən dekabrın 31-dək prezidentin sərəncamı ilə keçirilə biləcək.
İndiyə qədər çağırış il ərzində iki dəfə – yazda və payızda baş tuturdu. Yeni qaydalara əsasən isə tibbi və psixoloji müayinələr, komissiya iclasları ilboyu aparılacaq, lakin vətəndaşlar əvvəlki kimi yalnız aprel-iyul və oktyabr-dekabr aylarında qoşun hissələrinə göndəriləcəklər.
Qanunla çağırış vərəqələri istənilən vaxt göndərilə bilər, lakin əsgərlik “adi qaydada” yaz və payızda başlayacaq.