Bakı. Trend:
ABŞ-nin "Lockheed Martin" hərbi-sənaye korporasiyası MilliAeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) iləəməkdaşlıq çərçivəsində "X-59" eksperimental səsdən sürətlitəyyarəsinin ilk sınaq uçuşunu həyata keçirib.
Trend-inməlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib
Məlumata əsasən, sınaqlar Palmdeyl şəhərindəki "Lockheed Martin"zavodunun yaxınlığında baş tutub və eksperimental təyyarə normaluçuş həyata keçirib.
"X-59-un ilk uçuşunu həyata keçirdiyimiz üçün çox sevinirik. Butəyyarə birgə komandamızın innovasiya və təcrübəsinə sübutdur vəsəssiz səsdən sürətli texnologiya inkişafının ön sıralarındaolmaqdan qürur duyuruq", - deyə korporasiyanın təyyarə dizaynı vəəlaqəli tədqiqat və inkişaf üzrə ixtisaslaşmış "Skunk Works"bölməsinin vitse-prezidenti O.Cey Sançez bildirib.
