Bakıda marşrut avtobusu yanıb kül oldu
                    
                        Ajans.az xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir. FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
