AZ

ABŞ-də səsdən sürətli yeni təyyarə sınaqdan keçirilib

Bu barədə ölkənin "Lockheed Martin" müdafiə sənayesi şirkətinin mətbuat xidmətiməlumatyayıb. Hərbi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Skunk Works" mərkəzindən NASA-nın Kaliforniya ştatının Edvards şəhərində yerləşən "Armstrong" Uçuş Tədqiqat Mərkəzinə doğru uçub. Bildirilib ki, sınaq təyyarənin ilkin uçuş xüsusiyyətləri və performansı ilə yanaşı bütün tələblər üzrə uğurla həyata keçirilib.

"Skunk Works"un vitse-prezidenti və baş icraçı direktoru O.C.Sançez yeni hərbi təyyarəni"innovasiya və təcrübənin sübutu"adlandırıb. Onun sözlərinə görə, "Lockheed Martin" şirkəti səsdən sürətli texnologiyaların reallaşdırılmasında qabaqcıldır.

"Səsdən sürətli "X-59" həmçinin rekord dərəcədə səssiz uçuşa malikdir. Belə bir texnologiyanın həyata keçirilməsi mövcud təyyarələrdən iki dəfə sürətli yeni nəsil hava gəmilərinin yaradılmasına təkan verəcək",– o deyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
45
7
azvision.az

8Mənbələr