AZ

Azərbaycan qlobal dəyişikliklərə adaptasiya üzrə məqsədlərini həyata keçirir - Samirə Musayeva

Bakı. Trend:

Azərbaycan qlobal iqlim dəyişikliklərinə adaptasiya üzrə özməqsədlərini həyata keçirir.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıdakeçirilən 13-cü Xəzər Enerji Forumunda çıxışı zamanı bildirib.

S.Musayevanın sözlərinə görə, Azərbaycan qlobal iqlimdəyişikliklərinə uyğunlaşmaq məqsədilə öz məqsədlərini həyatakeçirir, bu istiqamətdə bərpa olunan enerji mənbələrininistifadəsini genişləndirir.

“Bərpa olunan enerji mənbələrinin və onların daşınmasınıninfrastrukturunun inkişafı ölkəyə ‘yaşıl’ enerjinin tranzitmərkəzinə çevrilmək imkanı verir. ‘Yaşıl’ iqtisadiyyata keçidiqtisadi modernləşmə, innovasiyalar və uzunmüddətli rəqabətqabiliyyətinin formalaşması deməkdir. Başlanğıc mərhələdə böyükinvestisiyalara ehtiyac yaransa da, gələcəkdə bu, bazarın bütüniştirakçıları üçün əlverişli biznes mühiti yaradacaq”, - deyə oqeyd edib.

S.Musayeva həmçinin siyasi və ictimai maarifləndirmənin, izahatkampaniyalarının aparılmasının vacibliyinə diqqət çəkib.

“Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda "yaşıl iqtisadizona"ların yaradılması, eləcə də "yaşıl sənaye parkları"nınformalaşdırılması və işə salınması mühüm əhəmiyyət kəsb edir.Azərbaycanda bərpa olunan enerji istehsalı aktiv rol oynayır vədövlət bu təşəbbüslərin əsas dəstəkçisidir. Bu da bir daha sübutedir ki, bu məsələlər bizim üçün prioritet istiqamətlərdəndir”, –deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr