“ABŞ prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin arasında oktyabrın 30-da müzakirə olunacaq böyük ticarət razılaşmalarına əsasən, Pekin fentanil istehsalında istifadə olunan kimyəvi maddələrin ixracını dayandırarsa, Birləşmiş Ştatlar bəzi tarifləri azaldacaq”,- qəzet yazır.
Nəşr qeyd edir ki, Çin bu cür materiallara ixrac nəzarətini gücləndirə bilər. Ağ Evin məlumatına görə, ABŞ, öz növbəsində, fentanil məsələsi səsəbindən tətbiq etdiyi 20%-lik tarifləri 10%-ə endirəcək.
![]() |
| NYT:“ABŞ və Çin müharibənin bir addımlığındadır” |
- Əgər ABŞ belə tədbirlər görsə, Çin mallarına ümumi rüsum 55%-dən 45%-ə enəcək. Bununla belə, Vaşinqton Çinlə kompromisin nadir torpaq metallarına yeni ixrac nəzarətinin həyata keçirilməsini təxirə sala biləcəyini gözləyir”,- “WSJ” vurğulayır.
Mənbələr həmçinin ABŞ və Çinin bir-birinin gəmiləri üçün liman tariflərini azaldacağını ehtimal edirlər.
Xatırladaq ki, oktyabrın 23-də Amerika liderinin özü də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı Çinin sədri ilə görüşə biləcəyini açıqlayıb. Donald Tramp Si Cinpinlə yalnız ikitərəfli münasibətləri yox, həm də Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcəyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
