AZ

İlham Əhmədov: “PR məqsədli tədbirlərlə təhsilin inkişafına nail olmaq mümkün deyil”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub. 

Bildirilib ki, təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.

Gununsesi.info-ya danışan təhsil eksperti İlham Əhmədov bildirib ki, əhəmiyyətsiz və real nəticə verməyən, yalnız PR məqsədi daşıyan tədbirlərlə təhsilin inkişafına nail olmaq mümkün deyil.

Onun sözlərinə görə, bu cür aksiyalar əsas məqsəddən – keyfiyyətli təhsilin qurulmasından uzaqlaşdırır:

“Təhsil sistemində islahatlar görünüş üçün deyil, məzmun və nəticə yönümlü olmalıdır. Reklam xarakterli tədbirlər həm maliyyə vəsaitinin israfına, həm də ictimai etimadın azalmasına səbəb olur. Təhsilin inkişafı üçün real problemlərin həlli və müəllimlərin peşəkarlığının artırılması əsas prioritet olmalıdır”.

İlham Əhmədov əlavə edib ki, şəffaf və məqsədyönlü yanaşma olmadan təhsildə davamlı nəticələr əldə etmək mümkün deyil.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
icma.az

1Mənbələr