AZ

Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin avqust görüşünü ümid və diplomatik uğurun rəmzi adlandırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasındamünasibətlərin normallaşdırılması məsələsinə bir daha qayıdıb, ikiölkə liderləri - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanarasında 8 avqustda Ağ Evdə keçirilən görüşü xatırladıb.

Trend xəbərverir ki, Donald Tramp ABŞ-nin Bakı ilə İrəvan arasında dialoqunqurulmasında əsas rol oynadığını bildirib. O, onilliklər ərzindədavam edən münaqişə zamanı heç bir tərəfin Vaşinqtondakıdanışıqlarda olduğu kimi sülhə yaxınlaşa bilmədiyinivurğulayıb.

ABŞ Prezidenti deyib:

“Azərbaycan ilə Ermənistan arasında baş verən hadisələrə nəzərsalın...Biz buna nail ola bildik (müharibəni dayandırdıq-red.). Həriki ölkənin liderləri gəldi və onların arasında addım-addımqarşılıqlı anlaşma yarandı. Bu, bir möcüzə idi – iki çox gözəlmillət ümumi dil tapdı”.

ABŞ Prezidenti avqust görüşünü ümid və diplomatik uğurun rəmziadlandırıb. O qeyd edib ki, belə dialoqlar şəxsi təmasların vəsiyasi iradənin gücünü sübut edir.

Qeyd edək ki, Vaşinqton danışıqları Bakı ilə İrəvan arasında sonillər aparılan dialoqun ən məhsuldar mərhələlərindən biri olub. İkiölkənin liderləri ABŞ səfəri zamanı sülh sazişi layihəsini müzakirəedib və ikitərəfli əlaqələrin əsas bəndləri üzrə ilkin razılaşmalarəldə olunub.

Məqalədə:
Seçilən
27
14
az.trend.az

10Mənbələr