
Azərbaycan Respublikası 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanmış “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Prezidentin bununla bağlı müvafiq Sərəncamına görə isə “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.