AZ

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb- FOTO - YENİLƏNİB

Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti qayıdış olub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə dönüb.

Sakinlərə kənddə yaradılmış şərait barədə məlumat verilib və bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib. Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

***

12.23

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdərə rayonunun Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 17 ailə - 83 nəfər köçürülüb.

Növbəti
Seçilən
41
12
apa.az

10Mənbələr