AZ

ASAN könüllülərinin növbəti karyera sərgisi keçirilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncə, 29 oktyabr, Elcan Məmmədov. AZƏRTAC

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində ASAN könüllülərinin ikinci regional karyera sərgisi baş tutub.

Tədbir “ASAN xidmət”in və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsas məqsəd Gəncə, Şəmkir, Göygöl, Samux, Naftalan, Tovuz, Mingəçevir, Goranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Eləcə də regionda fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə gənclər arasında əlaqə yaratmaq, onların peşəkar inkişafına və təcrübə qazanmalarına dəstək prioritet təşkil edib.

Tədbirdə 40-a yaxın müəssisə və təşkilat tərəfindən ümumilikdə 100-dən çox vakansiya təqdim olunub.

Karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işəgötürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər.

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 43 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
4
azertag.az

10Mənbələr