Suriya və İsrail nümayəndə heyətləri arasında təhlükəsizlik tədbirləri ilə bağlı ortaq razılaşmaların hazırlanması üzrə danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Suriyanın cənubunda, o cümlədən druzların yaşadığı Əs-Suveydə əyalətində vəziyyəti nizamlamağa imkan verəcək razılaşmanı imzalamağa yaxındırlar.
Bildirilib ki, fikir ayrılıqlarının aradan qaldırılmasında ABŞ-nin vasitəçiliyi mühüm rol oynayıb. Hazırlanan iki tərəfli razılaşma bəzi kiçik dəyişikliklərlə 1974-cü ildə Qolan yüksəkliklərində İsrail və Suriya qüvvələrinin ayrılmasına dair imzalanmış müqaviləni əsas xətlər üzrə xatırladacaq.
Keçid hökuməti druz icmasına zərər verməməyə və Əs-Suveydəki sakinlərə bütün zəruri ehtiyacları, o cümlədən iş yerlərini təmin etməyə söz verib.