Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda işgüzar görüş keçiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Report" Rusiya şirkətinə istinadla xəbər verir.
"Tərəflər qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərini müzakirə ediblər", - "Qazprom"dan bildirilib.